Şamaxıda Xocalı faciəsinin 27-ci ildönümü ilə, “Xocalı harayı” devizi altında şeir kompozisiyası keçirilmişdir.

Şəffaflıq.az  bildirir ki,22 fevral 2019-cu il tarixində saat 10_00-da Mədəniyyət evində  Xocalı soyqırımına həsr olunmuş məktəbli gənclər arasında “Xocalı   harayı”  devizi altında şeir kompozisiyası  keçirilmişdir.
 Keçirilən kompozisiyaya  şəhər 1 saylı, 2 saylı, 3 saylı, 6 saylı, 9 saylı, 10 saylı, Avropa liseyi, THTF internat tipli lisey, İnşaatçı  və  Sabir qəsəbə  tam orta məktəbləri üzrə,  ümumilikdə 200 nəfərə yaxın  məktəbli gənclər  cəlb olunmuşdur.Tədbirdə həmçinin Mədəniyyət evinin işçiləri Əhməd Təhməzov və  Rasim Ələsgərov, Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Böyükxanım Rəhimova,Gənclər və İdman idarəsinin əməkdaşları Səidə Hacıyeva və Səbinə Bağırova da iştirak etmişdir. Məktəbli şagirdlər ardıcılıqla çııxış etdikdən sonra Şamaxı  rayon  Gənclər  və  İdman  idarəsi tərəfindən  müvafiq fərqlənmə diplomları təqdim olunmuşdur.







 
Vahid.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}