Könül Mikayılova: Qarşıda stolüstü tennisçilərimizi bir sıra nüfuzlu yarışlar gözləyir
O qeyd edib ki, turnirdə böyüklərlə yanaşı, kiçik yaşlı stolüstü tennisçilər də mübarizə aparıblar. Belə ki, məşqçilər şurasının təklifinə əsasən, bu ölkə çempionatında perspektivli stolüstü tennisçilərə də şans verilmişdi: “Yeniyetmə idmançılardan 2008-ci il təvəllüdlü Mərziyə Nurmətova qadınlar arasında 3-cü yeri tutub. Digər yeniyetmə idmançımız - 13 yaşlı Adil Əhmədzadə isə finalda mübarizə aparıb. Qarşıda stolüstü tennisçilərimizi bir sıra nüfuzlu yarışlar gözləyir. Yeniyetmə stolüstü tennisçilərin iştirak edəcəkləri ilk nüfuzlu yarış Avropa birincliliyi olacaq. Böyüklərdən ibarət komanda isə İslam Həmrəyliyi Oyunlarında təmsil olunacaq. Bu yarışlarla yanaşı, komandalarımız bir sıra beynəlxalq turnirlərdə də, iştirak edəcəklər”.
Federasiya rəsmisi həm yeniyetmə, həm də gənclər və böyüklərdən ibarət komandalar arasında yarışlara hazırlıqla bağlı bir sıra təlim-məşq toplantılarının təşkilinin də nəzərdə tutulduğunu bildirib. O, bu məşqlərin həm ölkə daxilində, həm də xaricdə keçiriləcəyini vurğulayıb.
Facebook-da paylaş