Şamaxı rayonunda müəllimlər arasında stolüstü tennis idman növü üzrə rayon birinciliyi keçirilmişdir._FOTO
Şəffaflıq.azın məlumatına görə Yarışmanı Şamaxı rayon Təhsil şöbəsi, Azərbaycan Təhsil Işçilərini Azad Həmkarlar Ittifaqının Şamaxı rayon Komitəsi, Şamaxı Olimpiya Mərkəzinin təşkilatçılığı ilə keçirilmişdir. Yarışa informasiya dəstəyin "Şəffaflıq" qazeti vermişdir. Yarışmada 33 məktəbdən 42 müəllim iştirak edib.Yarışmada Mədrəsə qəsəbə tam orta məktəbin direktoru Ağamustafa Teymurov və 9 saylı tam orta məktəbin əməkdar müəllimi və direktor müavini Əbülfəz Sadayev, əməkdar məşqçi Məmmədyarov Qüdrətdə iştirak ediblər. Yarışa hakimliyi Nuriyev Şakir, Həsənov Nəbi və Qasımov Fərid edirdilər. Yarışmada fəxri qonağ qismində Azad Həmkarlar Ittifaqının Şamaxı rayon komitəsinin mühasibi Zeynalov Eynat müəllimdə iştirak edib.Eynat müəllimin yarış haqqında dediklərindən:- Belə yarışmaları kecirdməkdə əsas məqsədimiz idmanın təbliğidir. Bizim qurum daim təhsil işçilərinin və müəllimlər arasında idman yarışları təşkil edir. Bu yarışda qaliblərə uğurlar arzu edirəm.
Vaqif Qasımovun yarış haqqında dediklərindən:- Belə bir yarışmaların rayonumuzda təşkil olunmasında rayon rəhbərliyinə, Şamaxı rayon Təhsil Şöbəsinə, Şamaxı Olimpiya mərkəzinə və xüsusi olaraq informasiya dəstəyinə görə Şəffaflıq.az saytına minnətdarlığımı bildirirəm.
Sonda yarışın qalibləri Əkbəri Elşən, Ismayılov Elbrus, Mütəllimov Absəməd və Xıdırov Anar, olublar.Qalib olan müəllimlər fəxri fərmanlarla təltif olunublar.
Alxas Məmmədov.
Şəffaflıq.az
Facebook-da paylaş