Səlcuq Bayraqdar: “Azərbaycana texnoloji layihələrdə dəstək verməyə hazırıq”

 “Türkiyədə olduğu kimi, Azərbaycanda da texnoloji layihələrin reallaşdırılması üçün ölkənizə hər cür dəstək verməyə hazırıq”.
Şəffaflıq.az  xəbər verir ki, bunu bu il Bakıda keçiriləcək “TEKNOFEST" Aerokosmik və Texnologiya Festivalı ilə bağlı mətbuat konfrasında “TEKNOFEST” Müşahidə Şurasının sədri, Türkiyənin Texnologiya Komandası Vəqfinin ("T3 Vakf"ı) rəhbəri Səlcuq Bayraqdar bildirib.
“TEKNOFEST” bizim xəyallarımızı reallaşdırdı. İlk olaraq İstanbulun, daha sonra Türkiyənin sərhədlərini aşdı. Bu, 1,2 milyonluq iştirakçı ilə dünyanın ilk geniş aerokosmik və texnologiya festivalıdır. Umutmayaq ki, müstəqilliyimiz üçün milli müdafiə sənayesi əsas şərtdir. 2018-ci ildə festival başlayanda 20 min tələbə qoşuldu, sonra isə onların sayı artdı. Məqsədimiz texnoloji gələcəkdir. Ona görə də hamını bu tədbirə qoşulmağa dəvət edirəm ki, güclü Azərbaycanın formalaşmasında sizin də rolunuz olsun”, - deyə o, qeyd edib.
"Unitmayın, dünən də, bu gün də, sabah da bizə tikansız gələcək təklif etnəyəcək. Məhəmməd Əmin Rəsulzadə dediyi kimi, bir kərə yüksələn bayraq bir daha enməz. Gəlin bayraqlarımızın daha ucalarda dalğalanması üçün dəstəyimizi əsirgəməyək. Bu festivala dəstək verən Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev başda olmaqla hər kəsə təşəkkür edirik", - deyə S.Bayraqdar əlavə edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}