Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi təsdiqləndi
Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2007-ci il 5 iyun tarixli 90 nömrəli qərarında dəyişiklik edilib.
Şəffaflıq.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Müdafiə Sənayesi Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:
Kollegiyanın sədri
Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri
Kollegiyanın üzvləri:
Müdafiə Sənayesi nazirinin müavinləri
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri
Müdafiə Sənayesi Nazirliyi Aparatının İstehsalat şöbəsinin müdiri
Müdafiə Sənayesi Nazirliyi Aparatının Müdafiə təyinatlı məmulatların yaradılması və elmi araşdırmalar şöbəsinin müdiri
Müdafiə Sənayesi Nazirliyi Aparatının Hərbi-texniki əməkdaşlıq şöbəsinin müdiri
Müdafiə Sənayesi Nazirliyi Aparatının Maliyyə və uçot şöbəsinin müdiri
Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru
Müdafiə Sənayesi Nazirliyinin “Şərq İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru
Facebook-da paylaş