BMT TŞ fevralın 4-də Şimali Koreya ilə bağlı toplanacaq

 

BMT Təhlükəsizlik Şurası (TŞ) Koreya Xalq Demokratik Respublikasının (KXDR) yeni raket sınaqları ilə bağlı məlumatları müzakirə edəcək.


Şəffaflıq.az xəbər verir ki, müzakirələr fevralın 4-də keçiriləcək.

Bundan əvvəl məlum olub ki, ABŞ fevralın 3-də KXDR üzrə qapalı formatda görüşün keçirilməsini xahiş edib.


Cənubi Koreya ordusunun məlumatına görə, Şimali Koreya yanvarın 30-da Yapon dənizinə orta mənzilli ballistik raket atıb.


Birləşmiş Ştatlar yeni raket sınaqlarına görə BMT Təhlükəsizlik Şurasının KXDR-ə qarşı sanksiyalarını genişləndirməyə çalışır. 

Yanvarın ortalarında onlar bu təşəbbüslə çıxış etməyə çalışsalar da, Rusiya və Çindən dəstək almayıblar.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}