KXDR nüvə silahlarının təsir radiusunu 15 min km-ə çatdırmaq niyyətindədir
KXDR Dövlət Şurasının sədri Kim Çen In yanvarın 5-də açılan Koreya Əmək Partiyasının VIII qurultayında ölkə səlahiyyətlilərinin nüvə silahı daşıyan raketlərinin təsir radiusunu 15 min km-ə qədər artırmaq niyyətində olduqlarını bildirib.
Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat verib.
Çen In təsir radiusunun genişləndirilməsinin eyni zamanda düşmən hədəflərinə dəqiq zərbə endirmə imkanı ilə birləşdiriləcəyini vurğulayıb.
Ötən ilin dekabr ayının sonunda "Yonhap" xəbər agentliyi Cənubi Koreya Siyasi Tədqiqatlar İnstitutunun hesabatına istinad edərək, ABŞ-Şimali Koreya nüvə danışıqları çıxılmaz vəziyyətdən çıxmazsa, KXDR-in yeni seçilmiş prezident Cozef Baydenin rəhbərliyinin ilk aylarında qitələrarası ballistik raket sınaya biləcəyini iddia edib. Oktyabr ayında isə hərbi paradda ABŞ-ın materik hissəsinin hər yerinə çata biləcək, təxmini təsir məsafəsi 12,874 km olan təkmilləşdirilmiş "Xvason-15" də daxil olmaqla, yeni ballistik raketlər nümayiş olundu.
Facebook-da paylaş