Əsas Səhifə > Dünya > BMT TŞ fevralın 4-də Şimali Koreya ilə bağlı toplanacaq
BMT TŞ fevralın 4-də Şimali Koreya ilə bağlı toplanacaq3-02-2022, 08:13 |
BMT Təhlükəsizlik Şurası (TŞ) Koreya Xalq Demokratik Respublikasının (KXDR) yeni raket sınaqları ilə bağlı məlumatları müzakirə edəcək.Şəffaflıq.az xəbər verir ki, müzakirələr fevralın 4-də keçiriləcək. Bundan əvvəl məlum olub ki, ABŞ fevralın 3-də KXDR üzrə qapalı formatda görüşün keçirilməsini xahiş edib. Cənubi Koreya ordusunun məlumatına görə, Şimali Koreya yanvarın 30-da Yapon dənizinə orta mənzilli ballistik raket atıb. Birləşmiş Ştatlar yeni raket sınaqlarına görə BMT Təhlükəsizlik Şurasının KXDR-ə qarşı sanksiyalarını genişləndirməyə çalışır. Yanvarın ortalarında onlar bu təşəbbüslə çıxış etməyə çalışsalar da, Rusiya və Çindən dəstək almayıblar. Geri qayıt |