Milonov Finlandiyaya buraxılmadı

 Dövlət Dumasının "Vahid Rusiya"dan olan deputatı Vitali Milonov Finlandiya ilə Rusiya sərhədini keçə bilmədiyini bildirib.
Şəffaflıq.az bildirir ki, siyasətçinin sərhəd postunda Şengen vizasının Polşa tərəfindən ləğv edildiyi aşkar oldu. Ona isə bu barədə məlumat verilməmişdi.
"Məni Finlandiyaya buraxmadılar, Polşa vizamı ləğv etdi. Konsertlər və forumlar keçirilməsini müzakirə etməyə gedirdik", - Milonov RİA Novosti-yə bildirib.
Deputat qeyd edib ki, o, çox təəccüblənib: "Siyasi müstəvidə Polşanın motivasiyalı qərarına görə Finlandiya faktiki olaraq anti-rus fəaliyyətində bir alət halına gəldi.
Daha əvvəl 2021-ci ilin payızında Belarus-Polşa sərhədində qaçqın böhranı zamanı Milonov bəyan edib ki, bu vəziyyətdə Avropa İttifaqı günahkardır.
"Mən heç vaxt Finlandiyanı Rusiyaya dost olmayan dövlət hesab etməmişəm. Əksinə, mənim Rusiya-Finlandiya əlaqələri çərçivəsində fəaliyyətim həmişə dostluq əlaqələrimizin möhkəmləndirilməsinə hesablanırdı. Və bu dəfə mən Finlandiyaya böyük beynəlxalq layihənin müzakirəsi üçün gedirdim. Ümid edirəm ki, bu layihə baş tutacaq", o əlavə edib.
Milli.Az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}