Finlandiya 20 Avropa ölkəsi sərhədlərini açır

 

İyulun 13-dən etibarən Finlandiya koronavirus pandemiyası səbəbindən təxminən 20 Avropa ölkəsinə tətbiq olunan səyahət məhdudiyyətlərini qaldırır.

Şəffaflıq.az-ın məlumatına görə, qeyd olunan tarixdən etibarən Finlandyadan məhdudiyyətsiz səyahət edə bilinəcək dövlətlər arasında Avstriya, Andorra, Belçika, Yunanıstan, İtaliya, Kipr, Slovakiya, İsveçrə və sairələri var. Məhdudiyyətləri qaldırmaq üçün əsas bu ölkələrdə mövcud müsbət epidemiya vəziyyətidir - əvvəlki iki həftə ərzində hər 100 min nəfərə səkkiz yeni koronavirus hadisəsi. Hər iki həftədə vəziyyət yenidən nəzərdən keçiriləcəkdir.

Bununla yanaşı, Böyük Britaniya, İspaniya, Polşa, Portuqaliya, Fransa, Çexiya, İsveç və bir sıra digər Avropa ölkələrindən Finlandiyaya giriş məhdudiyyətləri uzadılacaq. Bundan əlavə, Finlandiya ilə bir sıra ölkələr, o cümlədən Avstraliya, Əlcəzair, Gürcüstan, Ruanda, Tayland, Uruqvay, Yaponiya arasında yalnız iş və fövqəladə hallarla əlaqədar səfərlərə icazə veriləcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}