Polşa Belarus konsullarını ölkədən qovdu

 

Belarusun iki polşalı diplomatı ölkədən göndərməsinə qarşılıq olaraq rəsmi Varşava cavab addımı atıb.

Şəffaflıq.az xarici KİV-ə istinadən xəbər verir ki, Polşa da Belarusun iki konsulunu ölkədən deportasiya edib. Bu barədə Polşanın xarici işlər naziri Marçin Pşidaç tvitter səhifəsində bildirib:

“Minskin Polşa diplomatlarına qarşı dost olmayan jestlərinin davam etməsi ilə əlaqədar olaraq qarşılıqlı əlaqələr prinsipi çərçivəsində Polşa XİN Belarus Respublikasının Belostokdakı baş konsulunun və Varşavadakı konsulunun göndərilməsinə qərar verdi”.

Bundan əvvəl Belarus XİN Brestdəki konsulu Yeji Timofeyukudan Vyana Konvensiyasını kobud şəkildə pozduğu üçün respublikanı tərk etməsini istəmişdi.

Məlumata görə, Timofeyuku “Lənətə gəlmiş əsgərlər günü”nə həsr olunmuş qeyri-rəsmi tədbirdə iştirak etdiyinə görə “persona non qrata” elan edilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}