Bu gün Portuqaliyada növbədənkənar parlament seçkiləri keçiriləcək
Bu gün Portuqaliyada koronavirus pandemiyası ilə əlaqədar ölkədə epidemik vəziyyətin gərginləşməsi fonunda növbədənkənar parlament seçkiləri keçiriləcək.
Şəffaflıq.az xarici KİV-lərə istinadən xəbər verir ki, Portuqaliya vətəndaşları Respublika Məclisinə (birpalatalı parlament) 230 deputat seçəcəklər.
Seçki məntəqələri yerli vaxtla saat 08:00-dan 19:00-a qədər işləyəcək.
Səsvermənin ilkin nəticələri gecə saatlarında açıqlanacaq.
Qeyd edək ki, seçkiöncəsi keçirilən rəy sorğularının nəticələrinə görə, müxalif Sosial Demokrat Partiyasının qalib gəlmək şansı yüksəkdir.
Xəbəri paylaş
Facebook-da paylaş