Əsas Səhifə > SON XƏBƏR / Dünya > Bu gün Portuqaliyada növbədənkənar parlament seçkiləri keçiriləcək

Bu gün Portuqaliyada növbədənkənar parlament seçkiləri keçiriləcək


30-01-2022, 10:33

 

Bu gün Portuqaliyada koronavirus pandemiyası ilə əlaqədar ölkədə epidemik vəziyyətin gərginləşməsi fonunda növbədənkənar parlament seçkiləri keçiriləcək.


Şəffaflıq.az xarici KİV-lərə istinadən xəbər verir ki, Portuqaliya vətəndaşları Respublika Məclisinə (birpalatalı parlament) 230 deputat seçəcəklər.

Seçki məntəqələri yerli vaxtla saat 08:00-dan 19:00-a qədər işləyəcək.

Səsvermənin ilkin nəticələri gecə saatlarında açıqlanacaq.

Qeyd edək ki, seçkiöncəsi keçirilən rəy sorğularının nəticələrinə görə, müxalif Sosial Demokrat Partiyasının qalib gəlmək şansı yüksəkdir.

Geri qayıt