Portuqaliyada bu gün prezident seçkiləri keçirilir
Portuqaliyada prezident seçkilərində səsvermə başlayıb.
Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, səsvermə koronavirus pandemiyası və ölkədə yoluxucu vəziyyətin kəskinləşməsi fonunda keçirilir.
Seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 12:00-da) açılıb və saat 19:00-a (Bakı vaxtı ilə saat 23:00) qədər işləyəcək.
Portuqaliyada 9 milyondan çox insan səsvermə hüququna malikdir. Dövlət başçısı vəzifəsinə yeddi namizəd iddialıdır. Onların arasında respublikanın hazırkı dövlət başçısı Marselo Rebelo de Souza da var.
Xəbəri paylaş
Facebook-da paylaş