Zelenski 72% səslə prezident seçilir və Poroşenkoya qarşı cinayət işləri açılır

 Ukraynada prezident seçkilərinin ikinci turu keçirilir.
Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, ekzit-polların ilkin nəticələrinə əsasən, namizəd Vladimir Zelenski seçicilərin səslərinin 71,8%-ni toplayıb.
“New Image Marketing Group” şirkətinin apardığı araşdırmaya görə, bu nəticələr Bakı vaxtı ilə saat 15:00 üçün əldə olunub. Səsvermə saat 21:00-da başa çatacaq.
Hazırkı prezident Pyotr Poroşenko hələlik səslərin yalnız 28,2%-ni toplaya bilib.
Yerli mənbələrin verdiyi məlumatlara əsasən, Pyotr Poroşenko seçkiləri uduzacağı təqdirdə məhkəmə qarşısında cavab vermək təhlükəsi ilə üzləşəcək. Belə ki, prezident toxunulmazlığı aradan qaldırılarsa, Ukraynanın hazırkı dövlət başçısı barəsində iqtisadi cinayətlər törətdiyinə görə bir neçə cinayət işi başlana bilər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}