Vladimir Zelenski: Ukraynanın NATO və Avropa Birliyinə yönəlik kursu referenduma çıxarılacaq
Musavat.com Ukayna mətbuatına istinadən xəbər veirr ki, bu sözlər ölkədə keçiriləcək prezident seçkilərinə qalib gəlməyə ən real namizədlərdən biri sayılan, kinoprodüser və aktyor Vladimir Zelenskiyə məxsusdur.
V.Zelenski bütün hallarda ölkəsinin Qərbin adı çəkilən iqtisadi və hərbi strukturlarına inteqrasiyasını hər zaman dəstəkləyəcəyini vurğulayıb.
Bundan başqa, ukraynalı siyasətçi ABŞ vətəndaşı olması səbəbindən qanunların ziddinə olaraq səhiyyə naziri təyin edildiyi deyilən Ulyana Suprunun da müdafiəsinə qalxıb.
Qeyd olunur ki, son sorğular Vladimir Zelenskinin ən yaxın rəqibləri, prezident Pyotr Poroşenko və keçmiş baş nazir Yuliya Timoşenkodan öndə göstərir.
Buna görə ikinci turda aktyor-siyasətçi istənilən rəqibini məğlub edə bilər.\\Musavat.com
Facebook-da paylaş