Səsvermə başa çatdı

 

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar keçirilən səsvermə yekunlaşıb.

Şəffaflıq.az-ın xəbərinə görə, saat 08:00-da start verilən səsvermə prosesi saat 19:00-da başa çatıb.

Qeyd edək ki, parlament seçkiləri 125 dairəni əhatə edir və səsvermə 5573 məntəqədə aparılıb. Seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının qərarı ilə 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap olunub.

Bu seçkidə 5 milyon 329 min 460 nəfərə seçkilərdə səsvermə hüququndan istifadə etmək hüququ verilib.

Parlament seçkilərində iştirak edən namizədlərin sayı 1314 nəfərdir. Onlardan 246-sı siyasi partiyaların siyahıları ilə irəli sürülüb. Eyni zamanda namizədlərdən 1 057-i öz təşəbbüsü ilə, 11-i isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Namizədliyi qeydə alınanların 79 faizi kişi, 21 faizi qadınlardır.

Seçkini 77 790 yerli müşahidəçi izləyib. Onlardan 35 152-si siyasi partiyaların müşahidəçiləridir. Bundan başqa, seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib ki, onlar 58 ölkə vətəndaşlarıdır. Prosesi 130-dan artıq beynəlxalq KİV təmsilçisi işıqlandırıb.

Parlament seçkilərində Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası ABŞ-ın "AJF&Associates İnc.” təşkilatı ilə birgə, “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondu Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə və RƏY Monitorinq Mərkəzi “exit poll” keçirib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}