MSK katibi: “Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 5387600 ədəd bülleten çap ediləcək”
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydası müzakirə olunub.
Bu barədə iclada MSK katibi Arifə Muxtarova məlumat verib. O bildirib ki, məsələ səsəverməyə çıxarılıb və fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydası təsdiqlənib: “Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 5387600 ədəd seçki bülleteni çap ediləcək”.
Xəbəri paylaş
Facebook-da paylaş