Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > MSK katibi: “Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 5387600 ədəd bülleten çap ediləcək”

MSK katibi: “Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 5387600 ədəd bülleten çap ediləcək”


4-01-2020, 12:55
 Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydası müzakirə olunub. 
Bu barədə iclada MSK katibi Arifə Muxtarova məlumat verib. O bildirib ki, məsələ səsəverməyə çıxarılıb və fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydası təsdiqlənib: “Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 5387600 ədəd seçki bülleteni çap ediləcək”.

Geri qayıt