Parlament seçkiləri ilə əlaqədar 5 375 967 bildiriş çap olunacaq

 

Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar çap olunacaq bildirişlərin sayı açıqlanıb.

Şəffaflıq.az report-a istinadən xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.

Belə ki, 2020-ci ilin fevralın 9-da təyin edilmiş Milli Məclisə seçkilərdə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanması qaydası təsdiqlənib.

Qeyd olunub ki, parlament seçkiləri ilə əlaqədar 5 milyon 375 min 967 ədəd bildiriş çap ediləcək. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}