Əsas Səhifə > Maraqlı > Parlament seçkiləri ilə əlaqədar 5 375 967 bildiriş çap olunacaq
Parlament seçkiləri ilə əlaqədar 5 375 967 bildiriş çap olunacaq30-12-2019, 01:10 |
Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar çap olunacaq bildirişlərin sayı açıqlanıb. Şəffaflıq.az report-a istinadən xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib. Belə ki, 2020-ci ilin fevralın 9-da təyin edilmiş Milli Məclisə seçkilərdə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanması qaydası təsdiqlənib. Qeyd olunub ki, parlament seçkiləri ilə əlaqədar 5 milyon 375 min 967 ədəd bildiriş çap ediləcək. Geri qayıt |