Parlament seçkilərinin vaxtı AÇIQLANDI
Növbədənkənar parlament seçkilərinin vaxtı bəlli olub.
Yenisabah.az-a hakim Yeni Azərbaycan Partiyasından (YAP) daxil olan məlumata görə, növbədənkənar parlament seçkilərinin fevral ayında keçirilməsi nəzərdə tutulur.
Bu il dekabrın 23-də bələdiyyə seçkilərindən dərhal sonra parlament seçkiləri elan olunacaq.
Xatırladaq ki, YAP-ın bu gün keçirilən toplantısında hakim partiya üzvləri növbədənkənar parlament seçkiləri keçirilməsi təşəbbüsü ilə çıxış ediblər. Təşəbbüs bütövlükdə YAP tərəfindən dəstəklənib. Ölkə başçısı İlham Əliyev həm də YAP-ın sədri olduğuna görə yaxın günlərdə Milli Məclisin buraxılacağı gözlənilir.
Xəbəri paylaş
Facebook-da paylaş