Gürcüstanda kazinoların ləğv edilməsi təklif olunur
Hər il Gürcüstan əhalisinin 1 milyard 500 milyon lari həcmində pulu onlayn kazinolarda xərclənir.
Şəffaflıq.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib. O bildirib ki, bu, fəlakət və cinayətdir.
Hökumət başçısı qeyd edib ki, qumar oyunları əhalinin sosial cəhətdən həssas təbəqələrini daha da yoxsullaşdırır, zəiflədir, onları asanlıqla müdafiəsiz buraxır.
İ.Qaribaşvili ölkədə kazinoların ləğvi ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış edib və artıq parlamentin əksər deputatlarının dəstəyini qazandığını bildirib.
Xəbəri paylaş
Facebook-da paylaş