Gürcüstanın Baş naziri ABŞ rəsmisi ilə Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib
Şəffaflıq.az xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasından bildirilib.
Tərəflər ABŞ-Gürcüstan münasibətləri, Gürcüstanda siyasi vəziyyət, ölkənin işğal altında olan ərazilərində humanitar problemlər, Qara dəniz və Cənubi Qafqazda təhlükəsizlik şəraitini müzakirə ediblər.
Görüşdə regionda sülh və sabitliyin təminatının önəmi vurğulanıb. Bu kontekstdə İ.Qaribaşvilinin BMT-də təklif etdiyi yeni sülh formatı – Dinc Qonşuluq Təşəbbüsü nəzərdən keçirilib və bu prosesə ABŞ və avropalı tərəfdaşların cəlb edilməsinin əhəmiyyəti qeyd olunub.
Facebook-da paylaş