Hindistanda dindarların mübahisəsi 12 nəfərin ölümü ilə bitdi

 

Hindistanın Katra şəhərinin yaxınlığında yerləşən Vayşno Devi məqbərəsinin ətrafında baş verən izdiham nəticəsində azı 12 nəfər ölüb, daha 14 nəfər yaralanıb.

Hüquq mühafizə orqanlarından verilən məlumatda qeyd olunur ki, hadisə gecə saatlarında baş verib.

İnsident zəvvarlar arasında mübahisə nəticəsində yaranıb. Ümumilikdə məbədin ətrafında 70-80 minə yaxın ziyarətçi olub. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}