Çində mədəndə partlayış nəticəsində 23 nəfər ölüb

 

Çinin cənub-qərbində yerləşən Çuntsin şəhərinin yaxınlığında mədəndə baş verən partlayış nəticəsində 23 nəfər ölüb.

Şəffaflıq.az CNN-nə istinadən bildirir ki, qaz sızması nəticəsində partlayış dekabrın 4-də baş versə də, qurbanlar barədə heç bir məlumat verilməmişdi.

Hadisə zamanı mədəndə 24 nəfərin olduğu bildirilirdi. Şənbə günü xilasedicilər mədəndən 23 nəfərin cəsədini çıxarıb. Bir şaxtaçı sağ qalıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}