Əsas Səhifə > Dünya > Çində mədəndə partlayış nəticəsində 23 nəfər ölüb

Çində mədəndə partlayış nəticəsində 23 nəfər ölüb


6-12-2020, 13:14

 

Çinin cənub-qərbində yerləşən Çuntsin şəhərinin yaxınlığında mədəndə baş verən partlayış nəticəsində 23 nəfər ölüb.

Şəffaflıq.az CNN-nə istinadən bildirir ki, qaz sızması nəticəsində partlayış dekabrın 4-də baş versə də, qurbanlar barədə heç bir məlumat verilməmişdi.

Hadisə zamanı mədəndə 24 nəfərin olduğu bildirilirdi. Şənbə günü xilasedicilər mədəndən 23 nəfərin cəsədini çıxarıb. Bir şaxtaçı sağ qalıb.

Geri qayıt