İsmayıllı rayonunun Qurbanəfəndi kəndindən olan şəhid mayor Sübhi Mürsəliyevin ad günü məzarı yanında qeyd olunub
Şəffaflıq.az xəbər verir ki,mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-in məsul əməkdaşları, şəhid ailələri, şəhidin ailə üzvləri, kənd sakinləri iştirak edib.
Əvvəlcə şəhidin Qurbanəfəndi kənd qəbiristanlığındakı məzarını ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunulub.
Çıxış edənlər şəhidin ailəsinə başsağlığı verərək, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb və şəhidlərimizin şərəfli döyüş yolundan danışıblar. Sonra Qurbanəfəndi kənd tam orta məktəbinin şagirdlərinin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.
Azərbaycan Ordusunun mayoru olan Sübhi Mürsəliyev 2020-ci ilsentyabrın 27-də başlayan Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sübhi Mürsəliyev sentyabrın 30-da gedən gərgin döyüşlərin birində 28 əsgərini ölümdən xilas edərkən qəhrəmancasına şəhid olub.
Sübhi Mürsəliyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəffaflıq.az
Facebook-da paylaş