İsmayıllı rayonunun Diyallı kəndindən olan şəhid Tural Şıxızadənin medalı anım günündə ailəsinə təqdim edilib

 Mərasimdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyəti iştirak ediblər.
Öncə şəhidin Diyallı kənd qəbiristanlığındakı məzarı ziyarət olunaraq önünə gül dəstələri düzülüb, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.
Çıxış edənlər Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin bundan sonra da daim əziz tutulacağını və dövlətin daima şəhid ailələrinin yanında olacağını bildiriblər.
Mərasimdə A.Məmmədov adına Diyallı kənd tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə iştirak ediblər.
Sonra şəhidin evində onun  “Cəsur döyüşçü” medalı ailəsinə  təqdim edilib.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəbərliyinə öz minnətdarlıqlarını ifadə ediblər.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə Tural Şıxızadə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.











 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}