Rusiya yeddi Britaniya vətəndaşına sanksiya tətbiq edib

 

Moskva müxalifətin lideri Aleksey Navalnının zəhərlənməsi ilə bağlı Londonun avqustda tətbiq etdiyi oxşar məhdudlaşdırıcı tədbirlərə cavab olaraq yeddi Britaniya vətəndaşının Rusiyaya girişini qadağan edib.

Şəffaflıq.az  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın məlumat verib.
"Londonun qeyri-dost hərəkətlərinə cavab olaraq və qarşılıqlılıq prinsipi əsasında anti-Rusiya fəaliyyətində yaxından iştirak edən Britaniya nümayəndələrinə qarşı şəxsi sanksiyaların tətbiqi qərara alınıb", - deyə Zaxarova bildirib.
Diplolat konkret kimlərin Rusiya sanksiyalarına məruz qaldığını deməyib.
Qeyd edək ki, 2021-ci ilin avqustunda Böyük Britaniya Navalnının zəhərlənməsində iştirak etdiyi iddia edilən yeddi FSB zabitinə sanksiya tətbiq edib. Sanksiya siyahısına Aleksey Aleksandrov, Vladimir Panyaev, İvan Osipov, Vladimir Boqdanov, Kirill Vasilyev, Stanislav Makşakov və Aleksey Sedov daxildir. Onların hesabları dondurulub və ölkəyə girişi qadağan edilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}