“ABŞ-ın sanksiyalarına yaxın vaxtda cavab verəcəyik” -M. Zaxarova

 

“Moskva ABŞ-ın rusiyalı bloger Aleksey Navalnıya görə son sanksiyalarına cavab olaraq hazırladığı məhdudiyyətlər siyahısını yaxında açıqlayacaq”.

Şəffaflıq.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Birinci Kanal”a açıqlamasında deyib.

“Bu istiqamətdə fəaliyyətimiz davam edir. Əgər bununla bağlı danışmırıqsa, siyahı hazırlamayacağımızı düşünməyin”, - M.Zaxarova əlavə edib.

Onun sözlərinə görə, ABŞ öz vətəndaşlarının sanksiya siyahısında yer alacağını bilir və Rusiya cavab tədbirləri üçün heç nə gözləməyəcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}