200 gözü olan yeganə canlı - İnsanlar onu bu məqsədlərlə istifadə edir.
Şəffaflıq.azxəbər verir ki, bu canlılar arasında dəniz molyuskları ən qəribə görmə sistemlərinə malikdir.
Belə ki, cütdərili canlılardan olan molyuskların 200 gözü var. Bu gözlərin hər biri işığı qəbul edən almaz yerinə güzgüdən istifadə edir.
Bioloqlar 1960-cı ildən etibarən batıq güzgülərin quanin kristalından əmələ gəldiyi bilgisinə sahibdir. Quanin kristalı balığın pulcuqlarından dəvə dərisinə qədər bir canlıda rast gəlinən yüksək əksetdirici xüsusiyyətə sahib bir maddədir.
Elm adamları testdən keçiriləcək nümunələri sürətli şəkildə donduran və quruluşunun pozulmasının qarşısını alan bir mikroskop sayəsində dəniz molyusklarının gözünəı daha yaxından baxmaq fürsəti əldə edib. Bunun nəticəsində kiçik güzgülərin və kristalların mozaikası görüntülənib. Hər güzgü qatlı quruluşa sahibdir və işıq dalğalarının ölçülərini məkana uyğun şəkildə əks etdirir, həmçinin, onlara ətraflarının görüntüsünü verir.
İnsanın gözləri bir kamera kimi işləyir. İşığı torlu qişaya fokuslayan bir linzadan istifadə edir. Dəniz molyuskları isə başqa bir texnologiya ilə bənzərdir: Nyuton tərəfindən düzəldilən növünün ilk əks etdirəni olan teleskopa.
Araşdırmaya daxil olmayan nevroloq Qaspar Yekeli biologiya və optikanın birləşməsini "bu gözlərdə Nyuton və Darvin bir araya gəlib" cümləsi ilə ifadə edib.
Bir dəniz molyuskunun dünyanı necə gördüyünü tam olaraq bilməyimiz çətindir, ancaq mütəxəssislərə görə, molyuskların üzərkən hərəkətlərinə nəzarət etmələri üçün kəskin görmə qabiliyyətinə ehtiyacı var.
Tək torlu qişa qarşımızdakı mənzərənin dəqiq görüntüsünü verərkən, dəniz molyusklarının cüt torlu qişası kənarların da daha yaxşı görüntüsünü əldə etməyi təmin edir. Bu periferik görmə nəyin sabit, nəyin hərəkətdə olduğunu göstərir.
Nəticə olaraq, dəniz molyuskları özünün bənzərsiz göz quruluşu ilə təkamülə uğrayıb. İnsanlar da bundan istifadə edərək görüntüləmə sahəsindəki optik cihazlar üçün yeni texnologiyalar kəşf edə bilər.
Hazırda isə dəniz molyusklarından zərgərlik, bəzək və mətbəxdə istifadə edilir. (publika.az)
Şəffaflıq.az
Facebook-da paylaş