Şamaxıda 30 min 800 hektardan çox sahədə taxıl əkilib

Şamaxı rayonunda taxıl səpini sürətlə davam edir və artıq 30 min 804 hektar sahədə əkin aparılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, son vaxtlar tez-tez yağan yağışlar taxılçılar üçün çətinliklər yaratsa da, hər yerdə bu mühüm kampaniyanın tezliklə və yüksək aqrotexniki tələblər səviyyəsində başa çatdırılması üçün ciddi səy göstərilir. Əlverişli keçən hər gündə sahələrə 50-dən çox səpin aqreqatı çıxarılır. Bu günədək əkin aparılan sahələrin 19 min 317 hektarı buğda, 11 min 487 hektarı arpadır. Cari mövsümdə bölgədə 41 min hektarda taxıl əkiləcəyi proqnozlaşdırılır. Artıq bir sıra ərazilərdə, o cümlədən Qızmeydan, Garhan, Göylər, Talıstan, Ərçiman inzibati ərazi dairələrində səpin başa çatdırılıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}