Şamaxıda 3900 hektardan çox sahədə yazlıq bitkilər əkilib
Şamaxı rayonunda yazlıq bitkilər əkini davam edir və indiyədək 3916 hektarda əkin aparılıb.
Rayon statistika idarəsindən bildirilib ki, yazlıq əkinlərin sahəsi artıq ötən ildəkindən 1105 hektar çoxdur.
Sahələrin 2695 hektarı dənli və dənli paxlalı bitkilərdir. Dənli və dənli paxlalıların ən çoxu – 68,5 faizi “Aqro Dairy Operations” MMC-nin Şamaxı təsərrüfatı tərəfindən əkilib.AZƏRTAC
Xəbəri paylaş
Facebook-da paylaş