Şamaxıda kartof yığımı davam edir
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumatda bildirilib ki, Şamaxıda cari mövsümdə 338 hektarda kartof yetişdirilib. Bu, ötən ildəkindən 10 hektar çoxdur. Hələlik 250 hektardan çox sahənin məhsulu yığılıb və hazırda şimal dağlıq ərazilərdə yığım davam etdirilir. Rayonun daha çox kartof əkilən ərazilərində, xüsusilə Qızmeydan, Əlçiman, Qonaqkənd və bir sıra digər ərazı icra numayəndəliklərində məhsul yığımı mütəşəkkil davam edir. Bu ərazilərdə sahibkarlar hər hektardan 120-130 sentner kartof götürürlər. Yığılan məhsulun bir hissəsi yerli bazarlara çıxarılır.
Qeyd edək ki, kartofçuluq Şamaxı rayonunda ənənəvi təsərrüfat sahəsidir. Bölgədə cari mövsümdə 1800 tondan çox məhsul istehsal ediləcəyi gözlənilir.AZƏRTAC
Facebook-da paylaş