İsmayıllıda bağlardan 1000 tona yaxın meyvə yığılıb
Ismayıllı rayonunda meyvə yığımı davam edir və artıq tez yetişən sortlardan 995,2 ton məhsul dərilib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bu barədə AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, İsmayıllıda hazırda 3848 hektar meyvə bağı var və bundan 900 hektarı bar verəndir. Artıq rayon üzrə gilas, albalı, giləmeyvə və ərik yığımı başa çatıb. Bağlardan 82 ton gilas, 30 ton albalı, 8 ton ərik, habelə 360 ton giləmeyvə toplanıb. Hazırda alma, armud, əncir, gavalı və zoğal yığımı davam edir. Yığılan məhsul birbaşa yerli bazarlara çıxarılır.
Qeyd edək ki, cari ildə İsmayıllıda 9000 tondan çox meyvə istehsalı gözlənilir.
Xəbəri paylaş
Facebook-da paylaş