Azərbaycan 3 ölkəyə faraş kartof ixracına başlayıb

 


Azərbaycan xarici ölkələrə faraş kartof ixracına başlayıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

O bildirib ki, hazırda Cəlilabad və Şəmkir rayonlarında faraş kartof yığımına başlanılıb:

"Faraş kartof yığımı yüksək səviyyədə davam edir. Hazırda faraş məhsulu daxili bazarla yanaşı xaricə də ixrac olunur. Azərbaycan fermerləri əsasən Ukrayna, Rusiya və Belarusa faraş kartof ixrac edir. Sahibkarların mallarını ixrac etməsi üçün bütün şərait yaradılıb. Ölkədə karantin rejiminin elan olunmasına baxmayaraq, fermerlərin mal ixrac etməsinə heç bir maneəçilik törədilmir. Artıq 10 gündür ki, Azərbaycan xaricə faraş kartof ixracını davam etdirir".

V.Hüseynov bildirib ki, bu il faraş kartof istehsalı boldur:

"Məhsul bol olduğu üçün fermerlər ixracla yanaşı məhsullarını daxili bazarlara da göndərirlər. Məsələn, hazırda Şəmkir rayonunda faraş kartofu pərakəndə satışda 1 kiloqramı 60 qəpikdir. Həmin məhsulun Bakıda qiyməti isə 70, 80, 90 qəpik arasında dəyişir. Hazırda yığım davam edir. Faraş kartof yığımı mayın sonuna qədər başa çatmalıdır".


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}