Mariya Zaxarova: “Rusiya və Azərbaycanın 30 illik siyasi-diplomatik yubileyinə hazırlıq işləri görülür”

 “Gələn il Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olacaq. Hazırda həm rəsmi, həm də mədəni-humanitar istiqamətdə müvafiq tədbirlər planının razılaşdırılması tamamlanmaq üzrədir”.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
“Yaxın zamanda müvafiq informasiya paylaşılacaq”, - o deyib.
Rusiya XİN-in rəsmi nümayəndəsi qeyd edib ki, gələn il Rusiya ilə bir sıra MDB ölkələri arasında diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyi tamam olacaq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}