Rusiya Qarabağa UNESCO missiyasının tezliklə göndərilməsini istəyir
Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.
O bildirib ki, Rusiya tərəfi bölgəyə UNESCO missiyasının mümkün qədər tez göndərilməsinin tərəfdarıdır.
M.Zaxarova ATƏT-in Minsk qrupu həmsədrləri xətti ilə iş aparıldığını vurğulayıb və bu il aprelin 13-də həmsədrlərin qəbul etdikləri bəyanatda dini, mədəni irsin saxlanılması və qorunmasının qeyd olunduğunu xatırladıb.
Facebook-da paylaş