Bu gün İsmayıllı rayonunun yaranmasının 90-cı ildönümüdür
Şəffaflıq.az xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsinə ziyarət olunub, önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.
Öncə İsmayıllı idmançılarının və İsmayıllı şəhər Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbinin çıxışlarına baxılıb.
Daha sonra tədbir iştirakçıları İsmayıllının yaranmasının 90-cı ildönümü münasibətilə təhsil, mədəniyyət, folklor nümayəndələrinin, İsmayıllı sənətkarlarının, rəssamlarının əl işlərindən və istehsalat nümunələrindən, milli mətbəximizdən, kənd təsərrüfatı məhsullarından, İsmayıllı yazarlarının əsərlərindən, gənclər idman sahəsində qazanılan uğurlardan bəhs edən sərgiyə baxıblar.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin İsmayıllıya səfərlərini və İsmayıllının keçdiyi inkişaf yolunu əks etdirən film nümayiş olunub.
Tədbir Mədəniyyət Mərkəzinin və Təhsil Şöbəsinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam etdirilib. İsmayıllını “XarıBülbül” musiqi festivalında təmsil edən Lahıc, İvanovka folklor qruplarının ifasında musiqi nömrələri dinlənilib.
Sonda RİH-in başçisi Nahid Bağırov İsmayıllının yaranmasının 90 illiyi ilə əlaqədar bütün ismayıllıları təbrik edərək, rayonunun inkişafına verdiyi töhfələrə görə bir qrup şəxsi təltif edib.
Facebook-da paylaş