İsmayıllı melioratorları peşə bayramlarını qeyd ediblər.-FOTO

 
İsmayıllı rayonunun melioratorları iyun ayının 5-də, pandemiya qaydalarına uyğun olaraq peşə bayramlarını  qed edib.

 
Şəffaflıq.az xəbər verir ki,tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər.


Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı, İsmayıllı rayon Suvarma Sistemi İdarəsinin işçiləri ilə bərabər iştirak edib.
İcra başçısı peşə bayramları münasibəti ilə melioratorları təbrik edib, gördüyü işləri yüksək qiymətləndirib. İdarə rəisi rayon rəhbərinə tədbirdə iştirak etdiyi üçün təşəkkürünü bildirib, son vaxtlar görülən və nəzərdə tutulan işlər barəsində məlumat verib.


Qeyd edib ki, 2021-ci ilin 6 ayında 114000 kubmetr suvarma kanalı lildən təmizlənib. Çay məcralarının təmizlənməsində göstərici 208000 kubmetrə çatdırılıb. 5 hidrometrik postun cari təmiri həyata keçirilib.


 22 ədəd hidrometrik qurğunun cari təmiri başa çatdırılıb. Su ötürücü beton kanalların 500 metrində təmir işi aparılıb. Ümumilikdə 8883 hektar müxtəlif adda məhsul əkilmiş sahə suvarılıb. Göstərilən müddətdə suvarmanın müasir – damcı, çiləmə, pilot üsulları üzrə də uğurlu nəticələr əldə olunub.
Dəyanət İsmayılov.
İsmayıllı rayonu
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}