İsmayıllıda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub.-FOTO
İsmayıllıda 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə rayonun idmançı və məşqçi müəllimləri ilə görüş keçirilib.
Şəffaflıq.az Tədbir iştirakçıları ilk olaraq ümummilli liderin abidəsini ziyarət edib, gül dəstələri qoyublar. Qeyd etmək istərdik ki, hər il Bədən Tərbiyəsi və İdman günü İsmayıllı rayonunda təntənəli şəkildə qeyd olunub. Bu il isə pandemiya ilə əlaqədar karantin qaydalarına uyğun olaraq geniş tərkibdə tədbir keçirmək mümkün olmayıb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb, II Qarabağ müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra vətən müharibəsi iştirakçısı olmuş idmançıların, məşqçi müəllimlərin, paraolimpiadaçıların iştirakı ilə Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı da iştirak edib. Rayon rəhbəri İştirakçıları təbrik edib, bölgədə idman sahəsində qazanılan uğurlardan danışıb. İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğısını qeyd edərək bildirib ki, bu gün Azərbaycan tanınmış idman dövlətlərindən biridir.

Çıxışçılar 44 günlük vətən müharibəsində iştirak edən rayonumuzdan olan idmançılarımızın şücaətindən danışıb, şəhid olan qəhrəmanlarımızın xatirəsini yad ediblər.
Tədbirdə idmançılar rayonda idman sahəsində olan bəzi çətinliklərin aradan qaldırılması istiqamətində arzu və istəklərini rayon rəhbərliyinə bildiriblər. RİH başçısı bildirib ki, bu sahədə aidiyyəti üzrə işlər görülür, tezliklə bəzi məsələlər öz həllini tapacaq, qaldırılan digər məsələlərin həlli üçün müvafiq tapşırıqlar verib.İştirakçılar göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıq edib, ölkə başçısının qarşıya qoyduğu vəzifələri uğurla həyata keçirən rayonun rəhbərinə, müxtəlif vəzifələrin tutulmasında gənclərə göstərilən etimad görə təşəkkürlərini bildiriblər.
Dəyanət İsmayılov.
İsmayıllı rayonu
Şəffaflıq.az
Facebook-da paylaş