Əsas Səhifə > İdman / REGİON > İsmayıllıda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub.-FOTO
İsmayıllıda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub.-FOTO5-03-2021, 17:33 |
![]() İsmayıllıda 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə rayonun idmançı və məşqçi müəllimləri ilə görüş keçirilib. Şəffaflıq.az Tədbir iştirakçıları ilk olaraq ümummilli liderin abidəsini ziyarət edib, gül dəstələri qoyublar. Qeyd etmək istərdik ki, hər il Bədən Tərbiyəsi və İdman günü İsmayıllı rayonunda təntənəli şəkildə qeyd olunub. Bu il isə pandemiya ilə əlaqədar karantin qaydalarına uyğun olaraq geniş tərkibdə tədbir keçirmək mümkün olmayıb. ![]() ![]() ![]() ![]() ![]() ![]() Çıxışçılar 44 günlük vətən müharibəsində iştirak edən rayonumuzdan olan idmançılarımızın şücaətindən danışıb, şəhid olan qəhrəmanlarımızın xatirəsini yad ediblər. Tədbirdə idmançılar rayonda idman sahəsində olan bəzi çətinliklərin aradan qaldırılması istiqamətində arzu və istəklərini rayon rəhbərliyinə bildiriblər. RİH başçısı bildirib ki, bu sahədə aidiyyəti üzrə işlər görülür, tezliklə bəzi məsələlər öz həllini tapacaq, qaldırılan digər məsələlərin həlli üçün müvafiq tapşırıqlar verib. ![]() Dəyanət İsmayılov. İsmayıllı rayonu Şəffaflıq.az Geri qayıt |