Şamaxı Olimpiya Mərkəzində “Bədən Tərbiyəsi və İdman günü” münasibətilə rayonun idman ictimaiyyəti ilə görüş keçirmişdir.- FOTOLAR

 Şamaxı rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 05 mart 2020-ci il tarixində Şamaxı Olimpiya Mərkəzində “Bədən Tərbiyəsi və İdman günü” münasibətilə rayonun idman ictimaiyyəti ilə görüş keçirmişdir.
 Şəffaflıq.az xəbər verir ki, keçirilən tədbirdə 50 nəfərə yaxın rayonda fəaliyyət göstərən idman yönümlü təşkilatların, klubların, federasiya və cəmiyyətlərin nümayəndələri, bədən tərbiyəsi və idman müəllimləri, veteran və yüksək nailiyyətlər qazanmış idmançılar və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.Tədbiri giriş sözü ilə açan Şamaxı rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüsenov tədbir iştirakçılarını 5 mart bədən tərbiyəsi və idman günü münasibətilə təbrik etdi və Dövlət Başçısı cənab İlham Əliyevin 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən hər il martın 5-i Azərbaycanda “Bədən Tərbiyəsi və İdman günü” kimi qeyd olunmasını bildirdi. Ş.Hüseynov həmçinin son illər rayonda bədən tərbiyəsi və idman sahəsində görülən işlərdən danışdı və idmançılarımızın uğurları haqqında geniş məlumat verdi.
Sonra isə Şamaxı Uşaq-Gənclər İdman-Şahmat məktəbinin direktoru Şəhriyar Soltan mövzu ətrafında çıxış etdi. Çıxışlar bitdikdən sonra rayonda bədən tərbiyəsi və idman sahəsində olan problemlər haqqında müzakirələr aparıldı. Belə ki, tədbirdə iştirak edən məşqçi müəllimlər Rüstəm Musayev, Valeh Etibarov, Namiq Hüseynov rayonda bədən tərbiyəsi və idman sahəsində olan mövcud problemlərdən danışdılar və bu sahədə öz təkliflərini bildirdilər.

Müzakirələr birdikdən sonra Şamaxı rayon Gənclər və İdman idarəsi tərəfindən rayonda sərbəst güləş idman növünün inkişafında və kütəviliyin təmin olunmasında xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və idman Xadimi Oleq Andreyeviç Krapivin, kütləvi idman tədbirlərinin işiqlandırılmasında media dəstəyinə görə ”Şəffaflıq Media Qrup”un rəhbəri Vahid İsmaylov, “BAKU TV”nin əməkdaşı Rəşad Aydın və “ARB Media Qrup”un əməkdaşı Cavanşir Seyfəddinoğlu “Təşəkkürnamə” ilə və ötən dövr ərzində bədən tərbiyəsi və İdman sahəsində fərqlənən bir qrup idmançılara isə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olundu.


 Sonda Tədbir iştirakçıları xatirə şəkili çəkdiriblər.
Vahid İsmayılov 

Şamaxı:
Şəffaflıq.az
 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}