İsmayıllıda ümummilli liderin doğum günü qeyd olunub
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü respublikada olduğu kimi İsmayıllı rayonunda da qeyd olunub. Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və hüquq-mühafizə orqanının rəhbərləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad ediblər.
Şəffaflıq.az xəbər verur ki, gün ərzində ulu öndərin əziz xatirəsi idarə və təşkilatlar tərəfindən yad olunub.
Ziyarətçilər Heydər Əliyev Mərkəzində Ulu öndərə həsr olunmuş sərgiyə baxış keçirib, həyat və fəaliyyəti ilə bir daha yaxından tanış olublar.
Tədbirlər çərçivəsində ağacəkmə aksiyası keçirilib. İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq rayonun Heydər Əliyev parkında və Qurbanəfəndi kəndinin meşə zolağında 1000 ağac əkilib, aqro-texniki qulluq göstərilib.
Məktəblillər arasında Ulu öndərə həsr olunmuş şeir, mahnı, rəsm və.s müsabiqələri təşkil olunub. Müsabiqələrdə fərqlənən şagirdlərə diplom və hədiyyələr verilib.
Əlavə olaraq bildiririk ki, İsmayıllı Regional Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə silsilə təbirlər çərçivəsində ümummilli liderin anadan olmasına həsr olunmuş flaşmob keçirilib.
Xatırladaq ki, bütün keçirilən tədbirlər mövcud pandemiya qaydalarına uyğun olaraq təşkil olunub.
Dəyanət İsmayılov.
İsmayıllı rayonu
Şəffaflıq.az
Facebook-da paylaş