Ermənistanın müharibədəki itkiləri AÇIQLANDI

 “Ermənistan İstintaq Komitəsinin oktyabrda verdiyi məlumata görə, 44 günlük II Qarabağ Müharibəsi  zamanı erməni tərəfdən 3788 nəfər, o cümlədən 3712 hərbçi və 76 mülki şəxs həlak olub”.

Şəffaflıq.az xəbər verir ki, bunu Ermənistan Milli Məclisində 2022-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı əmək və sosial məsələlər naziri Narek Mkrtçyan bildirib.

Eyni zamanda, onun sözlərinə görə, 222 hərbçi və 21 mülki şəxs itkin düşmüş hesab olunur.

“Azərbaycan tərəfində olan əsirlərin və mülki şəxslərin ümumi sayı hazırda 40 nəfərdir - 37 hərbçi və 3 mülki şəxs”, - Mkrtçyan bildirib.
Nazir həmçinin qeyd edib ki, bu müddət ərzində Azərbaycan 114 hərbçi və mülki şəxsi Ermənistan tərəfinə təhvil verib.
Modern.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}