Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı - RƏSMİ
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə ağır artilleriyalardan atəş açması nəticəsində, bu gün səhər saatlarına olan məlumata görə, 31 mülki şəxs həyatını itirib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ermənilərin açdığı atəş nəticəsində 171 nəfər yaralanıb.
“1137 ev, 146 mülki obyekt və 45 yaşayış binası yararsız vəziyyətə düşüb”, - deyə məlumatda qeyd edilib.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş