Qarabağ ordenli şəhid kapitan Nəcəf Şikar oğlu Şikarovun il mərasimi keçirilmiş və adını daşıyan parkın və xatirə lövhəsinin açılışı olmuşdur.Foto/Video.

  Xətai rayonunda Vətən müharibəsi şəhidi kapitan Nəcəf Şikar oğlu Şikarovun anım günü qeyd olunub. Anım günündə General Şıxlinski küçəsi 49 ünvanında şəhidin adını daşıyan  parkın və xatirə lövhəsinin açılışı olub. II Fəxri xiyabanda şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub, məzarı üzərinə əklillər,  gül-çiçək dəstələri düzülüb.
 
Şəffaflıq.az xəbər verir ki,tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev,  YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Cavid Fərhadov, Xalq artisti şəhid atası-Əli Nur, Hüquq-mühafizə orqanlarının nümayəndələri, həmçinin  ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra dövlət himni səsləndirilib.






Anım günündə General Şıxlinski küçəsi 49 ünvanında şəhidin adını daşıyan  parkın və xatirə lövhəsinin açılışı olub.





Çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, bizim qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, bütün xalqımız vahid birlik nümayiş etdirdilər. 30 ilə yaxın işğal altında olan ərazilərimiz yağı tapdağından azad edildi. Bununla da bizim qürurumuzun, şücaətimizin varlığı bir daha təsdiq olundu.  Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Şəhidlərimiz bizim üçün əbədi yaşayacaqlar
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə və digər çıxış edənlər  bildiriblər ki, ölkəmiz  Vətən savaşında böyük Zəfər qazanaraq öz ərazi bütövlüyünü bərpa edib. Bütün şəhidlərimizin, qazilərimizin valideynləri və bizim hər birimiz qürur hissi keçiririk ki, belə qəhrəman Vətən oğullarımız  Azərbaycan tarixinə şanlı Zəfər səhifəsi yazıblar.  Onların xatirəsi  tariximizə qızıl hərflərlə yazılıb və hər zaman qəlbimizdə yaşayacaq.





Mərasimdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Çıxış edənlər şəhidin qəhrəmanlığından, vətənpərvərliyindən söz açıblar, onunla bağlı xatirələrini bölüşüblər.

Tədbirdə Şamaxı rayonundan olan şəhid ailələri və qazilər də iştirak edirdi. 








 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}