Ağdaş rayon Ləki qəsəbəsində Şəhid Ceyhun Kərimovun xatirə lövhəsinin açılışı oldu.-YENİLƏNİB

Ağdaş rayon Ləki qəsəbəsində Birinci Qarabağ müharibəsinin şəhidi Ceyhun Kərimovun adını daşıyan küçədə abidəsi ucaldılıb.
Şəhid ailəsi bildirib ki, təşəbbüsə şəxsən özləri imza atıb və abidəsini ucaltmaqla yanaşı, həmin küçədə abadlıq işlərinə başlanılıb.


Ləki qəsəbəsində xatirə lövhəsinin açılışı oldu.

Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi Ağdaş rayonunda da dərin ehtiramla yad edilir, onların ailə üzvləri dövlətin diqqət və qayğısı ilə əhatə olunur.


9 aprel 2021-ci il tarixdə rayonun Ləki qəsəbəsində Birinci Qarabağ müharibəsi şəhidi Kərimov Ceyhun Kərim oğlunun xatirə lövhəsinin açılış mərasimi keçirilib.


Tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyətin nümayəndələri, şəhidin doğmaları və məktəblilər iştirak ediblər.

Açılış mərasimində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi  uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.

 Sonda məktəblilərin ifasında vətənpərvərlik mövzusunda bədii kompozisiya təqdim olunub.


Qeyd edək ki, Kərimov Ceyhun Kərim oğlu Birinci Qarabağ müharibəsində Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşmüşdür. 

 


Allah rəhmət eləsin.

Əli Miriyev.
Ağdaş rayonu
Şəffaflıq.az
 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}