"Kayrat"ın sabiq futbolçusu: "Qarabağ" qələbə qazanacaq"

 "Kayrat"ın qaləbə qazanmaq şansı, amma "Qarabağ"ın daha güclü komanda olduğunu düşünürəm. Bununla belə, Almatı təmsilçisi son 3 görüşdə qalib gəlsə, növbəti mərhələ şansı olacaq. Bunun mümkün olub-olmadığını görəcəyik. Baxmayaraq ki, ehtimal kiçikdir".
Şəffaflıq.az-ın məlumatına görə, bu fikirləri "Kayrat"ın sabiq futbolçusu Çuma Anene Qazaxıstan klubunun "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının qrup mərhələsinin IV tur oyunu barədə danışarkən deyib.
Norveçin "Sannefyord" klubunda çıxış edən 28 yaşlı hücumçu bugünkü matçda qonaq komandanın qələbə qazanacağını proqnozlaşdırıb: "Qarşılaşma darıxdırıcı ola bilər. Amma yekunda Azərbaycan təmsilçisi 1:0 hesablı qələbə qazanacaq. "Kayrat" var gücü ilə mübarizə aparmalıdır"."Report"

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}